"TANAP bütün maneələri aşdı"


Digərləri 30 Noy 2019 15:14:00 143 0

"TANAP bütün maneələri aşdı"

Trans-Anadolu qaz kəməri (TANAP) öz yolunda bütün maneələri aşdı.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Fatih Dönməz "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, dağları, çayları və körfəzləri aşan TANAP bu gün Avropa ilə birləşir.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.