TANAPın işə salınması Azərbaycanın həyati vacib maraqlarının təşviqinə imkan verəcək


Digərləri 30 Noy 2019 13:56:00 127 0

TANAPın işə salınması Azərbaycanın həyati vacib maraqlarının təşviqinə imkan verəcək

Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) işə salınması Azərbaycanın həyati vacib maraqlarının təşviqinə imkan verəcək.

Son.az xəbər verir ki, bunu Trend-ə "Observatoire Mediterraneеn de l'Energie" assosiasiyasının karbohidrogenlər bölməsinin direktoru Sohbet Karbuz deyib.

O xatırladıb ki, Cənub Qaz Dəhlizi konsepsiyası Avropa Komissiyası tərəfindən 2008-ci il noyabrın 13-də Avropa İttifaqının enerji təhlükəsizliyi üçün prioritet layihələrdən biri qismində elan olunmuşdu:

"11 ildən sonra biz TANAP və TAP layihələrinin reallaşdırılması ilə bu konsepsiyanın konkret məhsullarını görürük".

S.Karbuz qeyd edib ki, Cənub Qaz Dəhlizi ilə nəql olunacaq qaz həcmləri Cənub-Şərqi Avropa və Mərkəzi Avropa bazarları üçün həlledici rol oynayacaq, çünki Cənub Qaz Dəhlizi qaz tədarükünü mənbələrini şaxələndirmək və təhlükəsizliyini möhkəmləndirmək istəyən region ölkələri üçün yeni mənbə və marşrut təklif edəcək:

"TANAP vasitəsilə Türkiyəyə və TAP vasitəsilə Avropa İttifaqına qaz ixracı Azərbaycanın həyati vacib maraqlarının təşviqinə, yəni gəlirlərin təmin olunmasına, Türkiyə və Avropa bazarlarına daxil olmağa və ixrac marşrutlarının şaxələndirilməsinə imkan verəcək".