“Wood Mackenzie”: TANAP-ın tikintisinin başa çatması həm Azərbaycan, həm də Aİ üçün əlamətdar an olacaq


Digərləri 30 Noy 2019 13:30:00 125 0

“Wood Mackenzie”: TANAP-ın tikintisinin başa çatması həm Azərbaycan, həm də Aİ üçün əlamətdar an olacaq

Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin başa çatması böyük əhəmiyyət kəsb edir

Bakı. Ləman Zeynalova - Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin başa çatması böyük əhəmiyyət kəsb edir, çünki Azərbaycan qazının ilk dəfə Qərbi Türkiyəyə çatacağını ifadə edir. Bunu Trend-ə “Wood Mackenzie” tədqiqat və konsaltinq şirkətinin baş analitiki Robert Morris deyib. O bildirib ki, BOTAŞ şirkətinin bu boru kəməri ilə ildə altı milyard kubmetr qazın tədarükü ilə bağlı müqaviləsi Azərbaycandan Türkiyəyə qaz ixracı həcmini demək olar ki, iki dəfə artıracaq: “TANAP Azərbaycan qazının Avropa bazarlarına nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin vacib tərkib hissəsidir. 1,8 min kilometr uzunluğu olan TANAP Cənub Qaz Dəhlizinin ən uzun hissəsidir. Bu mürəkkəb layinə optimallaşdırma, eləcə də türk lirəsinin məzənnəsinin azalması sayəsində büdcə çərçivəsində vaxtında işə salınıb”. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) 2020-ci ildə istifadəyə veriləcək: “Bu, həm Azərbaycan, həm də Avropa İttifaqı üçün əlamətdar an olacaq, çünki qaz Yunanıstan və İtaliyaya daxil olacaq”.