“Müəllimlər arasında İxtisas Olimpidasına” start verilir


Digərləri 30 Noy 2019 12:12:00 149 0

“Müəllimlər arasında İxtisas Olimpidasına” start verilir

Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı , Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası  Təhsil Nazirliyi, YAP Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və "LİBRA" kitab evinin respublikada ilk dəfə keçiriləcək "Müəllimlər arasında İxtisas Olimpidasına" start verilir.

Pedaqoji ixtisas üzrə təhsil alan III və IV kurs tələbələri, hazırda daimi və müqavilə əsasında işləyən müəllimlər, pedaoji ixtisası olub işləməyən bütün şəxslər burada iştirak edə bilər. Olimpiadanın məqsədi bu yöndə təhsil alan III və IV kurs tələbələri,  hazırda fəaliyyət göstərən 29 yaşadək işləyən müəllimlərin stimullaşdırılması, onların gələcək nəsillərə ötürüləcək ali  peşəyə olan marağının daha da yüksəldilməsi, gənclərin asudə vaxtının intellekt yönündə yüksəltməsinə, sağlam gəncliyə dəstək olmaqdır.

Olimpiada bəlli ixtisaslar üzrə ( İbtidai sinif,  Azərbaycan dili və Ədəbiyyat, İngilis dili, Riyaziyyat, Tarix, Coğrafiya, Kimya, Fizika, Biologiya) yalnız Azərbaycan bölməsi üzrə aparılacaq.

Olimpiada iki mərhələdə keçiriləcək.  İlk mərhələ hər ixtisas üzrə 50 qapalı test tapşırığını 100 dəqiqə ərzində cavablandırmağa çalışacaqlar. İkinci mərhələ ilk mərhələ bitdikdən sonra açıqlanacaq. Respublikamızı əhatə edəcək layihədə müəllimlər Bakıda 3, Sumqayıtda 1, Lənkəran və Gəncə şəhərlərində 1 olimpiada məntəqəsində öz biliklərini sınayacaqlar. 9 ixtisas üzrə keçiriləcək olimpiadada 500 nəfərə qədər şəxs final mərhələsinə vəsiqə qazanacaq. Sonuncu turdan sonra qaliblərə sponsorlar tərəfindən qiymətli hədiyyələr veriləcək.