"Onlar 200 manata işləyir"


Şou-biznes 30 Noy 2019 12:18:00 159 0

"Onlar 200 manata işləyir"

Normal, istedadlı ifaçıların mahnılarının trend olmamasının cavabı bəsitdir: Çünki "Youtube"a yüklənən mahnılara bir çoxları saxta baxış vurdurur. Buna görə, 100-200 manata işləyən insanlar var. Amma demirəm ki, onları heç izləyən yoxdur, var. Cəmiyyətin əksəriyyətinin zövqü korlanıb. Çox az insan zövqlü, əsl musiqiyə qulaq asırlar.

Bu sözləri axşam.az-a açıqlamasında müğənni Elvin Abdullayev deyib. Sənətçi bayağı mahnılardan bəhs edib. O bildirib ki, müğənnilər trendə düşmək üçün yarışa girib:

"Çox maraqlıdır, niyə 2004-cü 2005-ci illərdə trend yox idi? Niyə kimsə bununla maraqlanmırdı? Çünki o vaxt əsl musiqi var idi.

Mənim aləmimdə "bayağı musiqi" ifadəsi yoxdur. Hər zaman deyirəm, pis mahnı yoxdur. Pis ifaçı var. Musiqini elə formada aranjiman etmək olar ki, dinləyənlər şoka düşər. İnanmazlar ki, bu, bayağı mahnıdır. sadəcə, İnstaqramda məşhurlaşan ifaçılar hind boğazlarından istifadə edirlər. Onlar bununla sevgi qazanıblar, yolları açıq olsun. Amma bu cür ifaçılarıne firə çıxmasının əleyhinəyəm. Musiqimizi bu formada aşağılamaq onların həddi deyil. Efirə çıxıb, Azərbaycan musiqisindən bəhs edirlər".