MSK sədri: Bülletenlərdə 41 800-ə yaxın namizədin adı qeyd olunacaq


Digərləri 30 Noy 2019 12:12:00 143 0

MSK sədri: Bülletenlərdə 41 800-ə yaxın namizədin adı qeyd olunacaq

Seçki prosesinin əsas mərhələlərindən olan namizədlərin qeydə alınması artıq başa çatıb.

Bakı. Samir Əli - Seçki prosesinin əsas mərhələlərindən olan namizədlərin qeydə alınması artıq başa çatıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, 1606 bələdiyyəyə 15 156 bələdiyyə üzvü seçilməlidir: "Bələdiyyə seçkiləri ilə bağlı 42 mindən artıq müraciət olub. İmza vərəqələrini qaytaranların hamısı qeydə alınıb" . M.Pənahov deyib ki, təxminən 50-60 namizəd qeydə alındıqdan sonra öz ərizəsi ilə namizədliyini geri götürüb və adlarının bülletenə düşməsini istəməyiblər: "Bülletenlərdə 41 800-ə yaxın namizədin adı qeyd olunacaq. Əgər bu qalan müddətdə hansısa namizəd iştirakdan imtina etsə, bununla bağlı rəsmi şəkildə müraciət etməlidir. Bülletenlərdə həmin namizədlərin adınının üzərindən xətt çəkiləcək". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin