“Azneft” rəhbərliyi N.Nərimanov adına NQÇİ-də müşavirə keçirib


İqtisadiyyat 30 Noy 2019 11:55:47 120 0

“Azneft” rəhbərliyi N.Nərimanov adına NQÇİ-də müşavirə keçirib

​“Azneft” rəhbərliyi N.Nərimanov adına NQÇİ-də müşavirə keçirib

“Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində (NQÇİ) neft-mədən və sosial-məişət infrastrukturunun inkişafına dair müşavirə keçirilib.

“Report”un “Azneft”ə istinadən verdiyi xəbərə görə, tədbirdə Birliyin, eyni zamanda Kompleks Qazma İşləri və “Neftqaztikinti” trestlərinin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, “SOCAR-AQŞ” MMC-nin və digər təşkilarların rəhbər şəxsləri iştirak ediblər.

“Azneft” İB-nin Baş direktoru Daşqın İskəndərov Birliyin istismar etdiyi yataqlarda neft-qaz hasilatının artırılması, həyata keçirilən təhlükəsizlik tədbirləri, ətraf mühitin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verib. Baş direktor N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Bulla-dəniz” yatağının gələcək perspektivlərindən bəhs edib, yataqda qazılan yeni quyular barədə məlumat verib.

Sonra N.Nərimanov adına NQÇİ-nin rəisi Pərviz Əhmədov idarənin neft-qaz hasilatı üzrə tapşırıqların yerinə yetirilməsi və illik plana dair təqdimatla çıxış edib.

Müşavirədə müxtəlif sahələri əhatə edən təkliflər səsləndirilib, qarşıda duran vəzifələr müzakirə olunub.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək