Bələdiyyə seçkiləri ilə bağlı namizədlərə açıq və qapalı məkanlarda yerlər ayrılıb


Digərləri 30 Noy 2019 12:01:00 137 0

Bələdiyyə seçkiləri ilə bağlı namizədlərə açıq və qapalı məkanlarda yerlər ayrılıb

Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı proseslər Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilir.

Bakı. Samir Əli - Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı proseslər Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilir. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, noyabrın 30-dan etibarən namizədlərin təşviqat mərhələsinə başlanılıb: “Qanunvericiliyin tələblərinə uyğun olaraq onlara açıq və qapalı məkanlarda yerlər ayrılmalıdır. Artıq həmin ünvanlar dairə seçki komissiyalarının lövhələrində asılıb. MSK tərəfindən də nəzarətdədir. 3500-ə yaxın belə ünvan var. Onların təxminən 1700-ü açıq, qalanları isə qapalı məkanlardır. Hesab edirəm ki, namizədlərə bütün imkanları yaratmışıq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin