Bakıda təmir sexində minik avtomobili yanıb


Digərləri 30 Noy 2019 11:52:00 116 0

Bakıda təmir sexində minik avtomobili yanıb

Bakıda "Mercedes" markalı minik avtomobili yanıb

Bakı. Bakıda "Mercedes" markalı minik avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 6000 m² (hər mərtəbəsi 2000 m²) olan üçmərtəbəli avtomobil salonunun birinci mərtəbəsində, təmir sexində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı tüstüdən zəhərlənən 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Təmir sexində olan 30 ədəd avtomobil və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.