Şamaxıda piyada vurulub


Digərləri 30 Noy 2019 11:48:00 140 0

Şamaxıda piyada vurulub

Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, rayon sakini, 1969-cu il təvəllüdlü Zərbalıyev Şahin Abdulbağı oğlu rayon ərazisində yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Piyada qapalı kəllə-beyin travması ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.