Rusiya və Belarus birləşir


Dünya 30 Noy 2019 11:28:00 126 0

Rusiya və Belarus birləşir

Rusiya prezidenti Vladimir Putin və Belarusun dövlət başçısı Aleksandr Lukaşenko birlik dövlətinin inkişaf istiqamətində görülən işlərin bir hissəsi olaraq, ortaq hökumət və parlamentin yaradılması barədə ilkin razılığa gəliblər.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, prezidentlər arasındakı razılaşma 2021-ci ilin yanvarından etibarən iki ölkənin iqtisadi sistemlərinin qismən birləşdirilməsini nəzərdə tutur.

Belarusun Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Semaşkonun sözlərinə görə, vahid qurumların işi hər iki ölkənin müstəqilliyini qorumaqla, müəyyən idarəetmə funksiyalarının məcburi şəkildə yerinə yetirilməsindən ibarət olacaq.

Bunan əlavə Birlik Dövlətinin 1999-cu il sazişində vahid vergi qanunvericiliyinə keçid, vahid neft, qaz və elektrik bazarlarının yaradılması da nəzərdə tutulub.