Fransa səfiri: "Bakı ilə Bordo arasında əlaqələri genişləndirmək istəyirik"


Siyasət 30 Noy 2019 11:12:48 114 0

Fransa səfiri: "Bakı ilə Bordo arasında əlaqələri genişləndirmək istəyirik"

"Bakı və Bordo 1979-cu ildə qardaşlaşmış şəhərlər oldu".

"Bakı və Bordo 1979-cu ildəqardaşlaşmış şəhərlər oldu".

"Report" xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros bu tarixin 40 illiyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

"Mən çox istərdim ki, Azərbaycanla Fransa arasındakı münasibətlər, həmçinin Bakı ilə Bordo arasındakı əlaqələr daha da inkişaf etsin. Bakı və Bordo çox fəal və cəlbedici şəhərlərdir", - o bildirib.

Tədbirdə iştirak edənBakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdiqqətə çatdırıbki, 40 il tərəfdaşlıq baxımından kifayət qədər uzun bir dövrdür:"O illərdə Bakı Sovet Azərbaycanın paytaxtı idi və qardaşlaşmış şəhərlər haqqında çox sayda saziş imzalanmışdı. Ancaq əməkdaşlıq indiyədək dəbir neçə şəhərlədavam edir vəBordo ilk sıradadır".

Şəhər meri bu gün Azərbaycanın müstəqil siyasət yürütdüyünü, ölkə rəhbərliyinin əzmi və istəyi sayəsində Fransa ilə münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdığını söyləyib: "Bu baxımdan şəhərlər arasında əlaqələrin inkişafı çox vacib komponentdir. Böyük məsafəyə baxmayaraq, Bakı və Bordonu bir çox amillər birləşdirir. Bunların sırasında hər iki şəhərin liman olması, mədəni əhəmiyyəti, şərabçılıq ənənələrinin mövcudluğudur. Bu əlaqələri inkişaf etdirmək istəyirik. Bordo meriyası da bunu dəstəkləyir".

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək