Qida Təhlukəsizliyi Agentliyi tələbələrin zəhərlənə səbəbini araşdırır


Digərləri 30 Noy 2019 10:51:00 121 0

Qida Təhlukəsizliyi Agentliyi tələbələrin zəhərlənə səbəbini araşdırır

Qida Təhlukəsizliyi Agentliyi Bakının Nizami rayonunun "NZS" adlanan ərazisində iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə daxil olan məlumatla bağlı araşdırmalara başlayıb.

Agentlikdən Son.az-a verilən məlumata görə, ilkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir:

"Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların yekun nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".