Heydər Əliyev Mərkəzində Emir Kusturitsa və “The No Smoking Orchestra” qrupunun konserti olub (FOTO)


Digərləri 30 Noy 2019 10:56:34 114 0

Heydər Əliyev Mərkəzində Emir Kusturitsa və “The No Smoking Orchestra” qrupunun konserti olub (FOTO)

Heydər Əliyev Mərkəzində əfsanəvi Emir Kusturitsa və onun “The No Smoking Orchestra” qrupunun konserti keçirilib.

Bakı. Noyabrın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi Emir Kusturitsa və onun “The No Smoking Orchestra” qrupunun konserti keçirilib. Trend-in məlumatına görə, tamaşaçılara pozitiv emosiya dolu Balkan musiqiləri və möhtəşəm şou təqdim olunub. Emir Kusturitsa və qrupu proqramda məşhur mahnı və kompozisiyalarını ifa edib. O, karyerası boyunca müxtəlif sahələrdə populyarlıq və şöhrət qazanıb. Əvvəlcə o, kinorejissor və ssenarist kimi məşhurlaşıb, daha sonra isə özünü istedadlı musiqiçi kimi təsdiqləyib. Çoxşaxəli istedadı və fəaliyyəti Emir Kusturitsanı Balkan mədəniyyətinin simvoluna çevirib.