Azərbaycan Tbilisidə qış yarmarkasında təmsil olunub


Sosial 30 Noy 2019 10:23:24 137 0

Azərbaycan Tbilisidə qış yarmarkasında təmsil olunub

Gürcüstanın paytaxtı Tbilisidə ənənəvi XX qış xeyriyyə yarmarkası keçirilir.

Gürcüstanın paytaxtı Tbilisidə ənənəvi XX qış xeyriyyə yarmarkası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Beynəlxalq Qadınlar Assosiasiyasının təşkil etdiyi sərgi-satışda 30-a yaxın səfirlik və beynəlxalq təşkilatların nümayəndəlikləri iştirak edir.

Birgünlük yarmarkada hər bir iştirakçı ölkə və təşkilat ayrıca guşə ilə təmsil olunub. Guşələrdə satış-sərgi ziyarətçilərinə milli qida və mətbəx nümunələri, suvenirlər, əl işləri və digər məhsullar təqdim olunub.

Azərbaycanın Gürcüstandakı səfirliyi də xeyriyyə yarmarkasına qatılıb. Azərbaycan guşəsində milli suvenirlər, Azərycanlı İş Adamları Birliyində (AZEBİ) təmsil olunan şirkətlərin "Made in Azerbaijan" brendli çay, qida və qənnadı məmulatları təqdim edilib.

Diplomatik nümayəndəlik yarmarka çərçivəsində xarici ölkələrin milli mətbəxləri pavilyonunda ayrıca çadırda Azərbaycanın milli mətbəx və şirniyyat nümunələrini təqdim edib.

Azərbaycanın rəngarəng, geniş və zəngin guşəsi yarmarka ziyarətçilərinin böyük marağına səbəb olub.

Yarmarkadan əldə olunacaq vəsait ehtiyacı olan uşaq, qadın və yaşlılar üçün həyata keçiriləcək layihələrə sərf olunacaq.