Qızılağac milli parkında balıq ovu turniri keçirilib


Sosial 30 Noy 2019 10:24:37 134 0

Qızılağac milli parkında balıq ovu turniri keçirilib

Ölkədə sivil balıq ovunun təbliği üçün növbəti həvəskar balıq ovu turniri Qızılağac Milli Parkında keçirilib.

Ölkədə sivil balıq ovunun təbliği üçün növbəti həvəskar balıq ovu turniri Qızılağac Milli Parkında keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarına əməl edərək icazə verilən ərazilərdə icazə verilən alətlərlə balıq ovu qaydalarını təbliğ etmək məqsədilə keçirilən turnirdə çoxlu sayda həvəskar balıqçı iştirak edib.

Qızılağac milli parkının direktoru Firdovsi Məmmədov jurnalistlərə bildirib ki, milli park ərazisində həvəskar balıqçıların icazə verilən ov alətləri ilə ov etmələri üçün yerlər müəyyən olunub və lazımi şərait yaradılıb:“Bununla biz həm də milli parka turistlərin cəlb edilməsinin, insanların asudə vaxtlarını təbiət ərazilərində səmərəli keçirmələrini təşviq edirik”.

Milli parkın direktoru qeyd edib ki, eyni gündə parkın ərazisində həvəskar balıq ovu turniri ilə yanaşı ətrafda yaşayan sakinlərin təbiətlə sivil təmasının qurulması, ətraf mühitə diqqətin artırılması məqsədilə sakinlərin, o cümlədən məktəblilərin parkın infrastrukturu ilə, informasiya mərkəzi ilə tanışlığına da şərait yaradılıb, parkın ərazisində gəzinti təşkil edilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək