Hacıqabul sakinindən odlu silah aşkarlandı FOTO


Digərləri 30 Noy 2019 10:25:00 102 0

Hacıqabul sakinindən odlu silah aşkarlandı  FOTO

Hacıqabul sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Hacıqabul rayonu Tava kənd sakini Əliyusif Şirinov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Ona məxsus fermadan 1ədəd "BUM" markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.