Qida Təhlukəsizliyi Agentliyi tələbələrin turşudan zəhərlənməsi ehtimalını araşdırır - RƏSMİ


Digərləri 30 Noy 2019 10:27:22 129 0

Qida Təhlukəsizliyi Agentliyi tələbələrin turşudan zəhərlənməsi ehtimalını araşdırır - RƏSMİ

Qida Təhlukəsizliyi Agentliyi Bakının Nizami rayonunun "NZS" adlanan ərazisində iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə daxil olan məlumatla bağlı araşdırmalara başlayıb.

Bakı. İlhamə İsabalayeva - Qida Təhlukəsizliyi Agentliyi Bakının Nizami rayonunun "NZS" adlanan ərazisində iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə daxil olan məlumatla bağlı araşdırmalara başlayıb. Agentlikdən Trend-ə verilən məlumata görə, ilkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir: "Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların yekun nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".