Göyçayda yol qəzasında qardaşlardan biri ölüb, digəri yaralanıb - FOTO - YENİLƏNİB


Sosial 29 Noy 2019 20:57:00 142 0

Göyçayda yol qəzasında qardaşlardan biri ölüb, digəri yaralanıb - FOTO - YENİLƏNİB

Göyçay rayonunda yol qəzası baş verib.

© Report

Göyçayda baş verən yolqəzasında xəsarət alanşəxslərdən biri dünyasını dəyişib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu, Göyçay rayonunun Mallı-Şıxlı kənd sakini,1993-cü il təvəllüdlü İsmayılzadə Məbud Nizami oğludur.

Onun qardaşı, 1989-cu il təvəllüdlü İsmayılzadə Pərviz Nizami oğlu isə ağır xəsarət alıb. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər.

***19:40

Göyçay rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun üçüncü kilometrliyində qeydə alınıb.

Belə ki,"QAZel" markalı yük maşını "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədənxəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək