Kıvança söz atmağına peşman etdilər


Digərləri 29 Noy 2019 21:09:00 122 0

Kıvança söz atmağına peşman etdilər

Türkiyəli aktyor Can Yaman onunla eyni tarixlərdə Madriddə olan həmkarı Kıvanç Tatlıtuğ barədə "Kıvanç qardaşımın serialları İspaniyaya satılıb ya yox, bilmirəm. Başqa bir aktyorun serialı izlənmirsə, orada məşhur olması mümkün deyil" sözlərini işlətmişdi.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu sözlərindən sonra tənqid hədəfi olub. Məşhur aktrisa Nilgün Belgün də Can Yamanı tənqid edib.

O, "Can Yaman hələ yolun əvvəlindədir. Kəvanç Tatlıtuğ kimi şəxsiyyəti və aktyorluğu ilə insanların qəlbində taxt qurmuş birinə söz atması olduğu yerə həzm edə bilməməyini göstərir" deyə, Tvitterdə yazıb.