Oktyabrda Azərbaycandan Türkiyəyə 60 mindən çox turist səfər edib


Digərləri 29 Noy 2019 21:00:00 128 0

Oktyabrda Azərbaycandan Türkiyəyə 60 mindən çox turist səfər edib

2019-cu ilin oktyabr ayında Azərbaycandan Türkiyəyə 61 543 turist səfər edib.

Bakı. Rufiz Hafizoğlu - 2019-cu ilin oktyabr ayında Azərbaycandan Türkiyəyə 61 543 turist səfər edib. Trend-in məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,82 faiz azdır. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 1,43 faiz olduğunu açıqlayıb. 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə 780 107 turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 4,9 faiz çoxdur. Bu dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 1,92 faiz təşkil edib.