Ukraynada akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbin yaranmasının 25 illiyi təntənəli şəkildə qeyd edilib


Digərləri 29 Noy 2019 20:57:00 109 0

Ukraynada akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbin yaranmasının 25 illiyi təntənəli şəkildə qeyd edilib

Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbin yaranmasının 25 illiyi təntənəli şəkildə qeyd edilib.

Azərbaycanın Ukraynadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə İrpen şəhər meriyasının rəsmiləri, xarici ölkələrin diplomatik nümayəndələri, Təhsil Nazirliyinin əməkdaşları, Azərbaycanın Ukraynadakı səfirliyinin, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

Tədbirdən öncə akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər düzülüb, xatirəsinə dərin ehtiram ifadə olunub.

Sonra orta məktəbin direktoru Valentina Antonenko tədbir iştirakçılarını salamlayaraq təhsil müəssisəsinin uğurlarından danışıb. Sonra məktəbin şagirdləri diplomatları təmsil etdikləri ölkələrin dillərində, o cümlədən Azərbaycan dilində salamlayıblar.