İmişlidə "Mercedes" 28 yaşlı oğlanı vurub öldürdü


Digərləri 29 Noy 2019 20:00:00 128 0

İmişlidə "Mercedes" 28 yaşlı oğlanı vurub öldürdü

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Hacıqabul-Horadiz yolunun 81-ci kilometrliyində baş verib.

Beyləqan rayon sakini Məmmədov Cəfər Yusif oğlu "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən İmişli rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndərov Rövşən Mansur oğlunu vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.