Qeyriadi otel


Dünya 29 Noy 2019 20:04:00 182 0

Qeyriadi otel

Uelsdə, Tafe Vadisində qeyri-adi bir otel meydana gəlib: 1964-cü ildə istifadəyə verilən ikimərtəbəli avtobus.

Son.az Trend-ə istinadən xəbər verir ki, avtobus ferma ərazisində yerləşir. Avtobusu otelə çevirmək üçün bir il vaxt gərək olub. İndi iki otaq altı nəfəri qəbul edə bilər.

Birinci mərtəbədə qonaq otağı, qaz sobası olan mətbəx, lavabo və bütün lazımi əşyalar dəsti var. Bütün ingilis cüt qatlı avtobuslarda olduğu kimi ikinci mərtəbəyə dar pilləkən aparır. Otaqlarda ikiqat çarpayı, şkaf, masa, tualet və mini çamaşırxana var, ancaq duş yoxdur.