BDU ilə İsrailin Holon Texnologiya İnstitutu arasında əməkdaşlıq əlaqələri genişlənir (FOTO)


Digərləri 29 Noy 2019 19:53:05 238 0

BDU ilə İsrailin Holon Texnologiya İnstitutu arasında əməkdaşlıq əlaqələri genişlənir (FOTO)

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev universitetin 100 illik yubileyində iştirak etmiş İsrailin Holon Texnologiya İnstitutunun (HİT) prezidenti, professor Eduard Yakubovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev universitetin 100 illik yubileyində iştirak etmiş İsrailin Holon Texnologiya İnstitutunun (HİT) prezidenti, professor Eduard Yakubovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend-in məlumatına görə, yubileydə iştiraklarına görə nümayəndə heyətinə təşəkkür edən rektor Elçin Babayev “Elm və təhsil inteqrasiyası (ISE-2019)” mövzusunda keçirilmiş beynəlxalq konfransın əhəmiyyətindən danışıb, təqdim edilən məruzələrin universitetlərarası əlaqələrin qurulmasında və daha da inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib. Professor Eduard Yakubovun təqdim etdiyi məruzəyə toxunan rektor onun innovasiya, texnologiya və sahibkarlıq əsrində ali təhsilin və tədqiqatların müasir dövrün çağırışlarına cavab verməsi, tədrisin müvafiq istiqamətlərdə qurulması barədə dedikləri fikirləri yüksək qiymətləndirib. Professor Eduard Yakubov BDU-nun 100 illik yubileyində iştirakına və təqdimatı üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirib. Yubileylə bağlı keçirilmiş tədbirlərin onda xoş təəssürat yaratdığını bildirən Eduard Yakubov elm və təhsil inteqrasiyasına həsr olunmuş beynəlxalq konfransdan müsbət nəticələr gözlədiyini vurğulayıb.