İmişlidə "Mercedes" 28 yaşlı oğlanı vurub öldürdü


Digərləri 29 Noy 2019 19:48:00 108 0

İmişlidə "Mercedes" 28 yaşlı oğlanı vurub öldürdü

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə Hacıqabul-Horadiz yolunun 81-ci kilometrliyində baş verib. Beyləqan rayon sakini Məmmədov Cəfər Yusif oğlu "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən İmişli rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndərov Rövşən Mansur oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.