Əməkdar artistdən Nigar Camala CAVAB: “Vurub öldürüm?”


Şou-biznes 29 Noy 2019 19:27:00 137 0

Əməkdar artistdən Nigar Camala CAVAB: “Vurub öldürüm?”

Ötən gün müğənni Nigar Camalın ARB TV-nin "Show News" verilişində müsahibəsi zamanı əməkdar artist Elnarə Abdullayevanı tanımaması yerli mediada xeyli müzakirə olunub. Son.az xəbər verir ki, əməkdar artist də öz növbəsində "Show News" verilişində telefon bağlantısı ilə məsələyə münasibət bildirib: "Tanımırsa nə edim? Vurub öldürüm? Heç mən də o xanımı tanımıram. Siz soruşun ki, biz, muğam ifaçıları kimlərisə bəyənirik, bəyənmirik? Biz şou adamı deyilik. Xalqın dərrakəli, ağıllı, qabiliyyətli ifaçıları olmalıyıq. Azərbaycan muğamını çiyinlərində gəzdirən bizlərik. Kiminsə bizi tanımamağı bizim üçün önəmli deyil. Azərbaycan xalqının mədəniyyətinə xidmət edirik".

Son.az