Azərbaycan manatının dövretmə sürəti azalıb


İqtisadiyyat 29 Noy 2019 18:27:34 133 0

Azərbaycan manatının dövretmə sürəti azalıb

​Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,80 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,1 bənd, yanvarın 1-nə nisbətən 0,65 bənd, ötən ilin noyabrın 1-nə nisbətən isə 0,79 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.