Bakıda AĞIR QƏZA: Avtobus zibil maşını ilə toqquşdu


Digərləri 29 Noy 2019 18:49:00 210 0

Bakıda AĞIR QƏZA: Avtobus zibil maşını ilə toqquşdu

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az primetime.az-a istinadən xəbər verir ki, 149 saylı marşrut Gəmiqayırma Zavodu yaxınlığında qəzaya düşüb.

Məlumata görə, arxadan gələn zibil maşını adı çəkilən marşrutla toqquşub. Nəticədə marşruta zərər dəyib.

Ölən və yaralılar barədə məlumat yoxdur.

Xatırladaq ki, bu, cari ildə 149 nömrəli avtobusun iştirakı ilə baş verən 4-cü qəzadır.