Menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Proqramı 10 ildir uğurla icra olunur


Digərləri 29 Noy 2019 18:37:00 113 0

Menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Proqramı 10 ildir uğurla icra olunur

Almaniya-Azərbaycan birgə Proqramı”nın 10 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bakı. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın 10 illiyinə həsr olunmuş tədbir keçirilib. KOBİA-dan Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslər, proqramdan yararlanaraq Almaniyada təlim və təcrübə keçmiş sahibkar və menecerlər, eləcə də KİV nümayəndələri, ümumilikde 200-den çox iştirakçı iştirak edib. Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Almaniyanın Azəraycandakı səfiri Volfqanq Maniq, Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin nümayəndəsi Haynts Hetmayer və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığına və əlaqələrin genişləndirilməsi perspektivlərinə, yerli və alman şirkətləri arasında əməkdaşlığa, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın icrasına və sahibkarlar üçün faydasına dair fikirlərini bölüşüblər. Proqrama və gələcək əməkdaşlığa dair müzakirələrin aparıldığı və müxtəlif təkliflərin səsləndirildiyi tədbirdə satış və marketinq sahəsində yeni texnologiyalara, innovasiyalara, Azərbaycan və Almaniyada startap hərəkatına, yeni ideyaların reallaşdırılmasına, menecment sahəsində dəyişikliklərin idarə olunmasına dair mövzularda panel iclaslar da keçirilib.