Körpüdən aşan TIRın qəza videosu


Digərləri 29 Noy 2019 18:29:00 167 0

Körpüdən aşan TIRın qəza videosu

Bir neçə gün bundan qabaq Bakıda dəmir yoluna aşan yük maşınının videosu yayılıb.

Son.az Primetime.az-a istinadən bildirir ki, Xocahəsən qəsəbəsi "Meyvəli bazar"ın yaxınlığında körpüdən düşərək qəzaya uğrayan yük maşınının içində sürücü və bir sərnişin olub.

Onlar Masallı rayon sakinləri Yusifli Xəzər İnqlab oğlu və Əzim Məmmədovdur. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xatırladaq ki, yük avtomobili körpünün üzərindən aşaraq dəmir yolu xəttinin üstünə düşüb. Qəza nəticəsində dəmir yolunun hər iki istiqamətində kontakt şəbəkəsi və yan xətlər tam sıradan çıxıb və qatarların hərəkəti üçün bağlanıb.