Trend BİA-nın müxbiri "Azərbaycanın turizm potensialı və ondan istifadə imkanları” mövzusunda müsabiqənin qalibləri arasında yer alıb


Digərləri 29 Noy 2019 18:23:00 154 0

Trend BİA-nın müxbiri "Azərbaycanın turizm potensialı və ondan istifadə imkanları” mövzusunda müsabiqənin qalibləri arasında yer alıb

Trend Beynəlxalq İnformasiya Agentliyinin müxbiri İlhamə İsabalayeva “Azərbaycanın turizm potensialı və ondan istifadə imkanları” mövzusunda müsabiqənin qalibləri arasında yer alıb.

Bakı. Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) müxbiri İlhamə İsabalayeva Ümumdünya Turizm Günü ilə əlaqədar “Azərbaycanın turizm potensialı və ondan istifadə imkanları” mövzusunda KİV nümayəndələri və fotoqraflar arasında keçirilmiş müsabiqənin qalibləri arasında yer alıb. İ.İsabalayeva müsabiqədə “ən yaxşı yazı” nominasiyası üzrə ikinci yeri qazanıb. Qeyd edək ki, bu gün Azərbaycan Turizm Sammiti keçirilib.