EKVİTA şirkəti yeni partnyorlarını açıqlayıb


Digərləri 29 Noy 2019 18:28:00 330 0

EKVİTA şirkəti yeni partnyorlarını açıqlayıb

Dekabrın 1-dən etibarən Şərəf Əsgərova və Fuad Qəşəmov EKVİTA şirkətinin partnyorları olacaq və şirkətin hüquq praktikasına birgə rəhbərliyi həyata keçirəcəklər.

Bakı. Dekabrın 1-dən etibarən Şərəf Əsgərova və Fuad Qəşəmov EKVİTA şirkətinin partnyorları olacaq və şirkətin hüquq praktikasına birgə rəhbərliyi həyata keçirəcəklər. Fuad Qəşəmov Fuad bəy 2008-ci ildə Qafqaz Universitetinin beynəlxalq hüquq fakültəsini bitirərək bakalavr dərəcəsinə, 2011-ci ildə isə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini bitirərək beynəlxalq hüquq üzrə magistr dərəcəsinə yiyələnmişdir. Fuad bəy EKVİTA şirkətində 2013-cü ildən etibarən işləyir. Daha əvvəl isə aparıcı banklardan birində hüquqşünas və yerli konsaltinq şirkətində hüquqşünas olaraq çalışmışdır. EKVİTA şirkətində Fuad bəy İnzibati Hüquq, Daşınmaz Əmlak və Əqli Mülkiyyət sahələri ilə bərabər Mübahisələrin Həlli Praktikasına rəhbərlik etməyə davam edəcək. EKVİTA şirkətində karyerası boyunca Fuad bəy: Kommersiya arbitrajı ilə bağlı yerli qanunvericiliyin təhlilini aparmış və London Beynəlxalq Arbitraj Məhkəməsinin qərarının Azərbaycanda tətbiq edilməsi ilə bağlı “Global 500”-ə daxil olan Koreya şirkətinə hüquqi rəy vermişdir; Azərbaycanda mürəkkəb daşınmaz əmlak mübahisəsində Böyük Britaniya şirkətini təmsil etmişdir (mübahisənin məbləği 2 milyon ABŞ dollarından artıq olmuşdur); Mürəkkəb müqavilə və daşınmaz əmlak mübahisəsində Amerika şirkətini təmsil etmişdir (mübahisənin məbləği 20 milyon ABŞ dollarından çox olmuşdur); Bir neçə əmək və kommersiya mübahisələrində Böyük Britaniya və ABŞ-ın böyük şirkətlərini uğurla təmsil etmişdir; Koreya tikinti şirkətinə 107 milyon ABŞ dolları dəyərində tikinti layihəsində tam hüquqi dəstək göstərmişdir; Böyük Britaniya əsaslı şirkəti kredit və daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsində təmsil etmişdir (mübahisənin məbləği 130 milyon manatdan çox olmuşdur). Fuad Qəşəmov 2014-cü ilin avqust ayından etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.