Hacıqabul sakinindən silah götürülüb


Sosial 29 Noy 2019 17:23:51 122 0

Hacıqabul sakinindən silah götürülüb

Hacıqabul sakinindən&silah götürülüb.

Hacıqabul sakinindənsilah götürülüb.

Bu barədə “Report”un Aran bürosunaDaxili İşlər NazirliyininMətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan məlumat verilib.

Məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Hacıqabul rayonu Tava kənd sakini Əliyusif Şirinov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Ona məxsus fermadan 1ədəd “BUM” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.