Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 10%-dən aşağı düşüb


İqtisadiyyat 29 Noy 2019 17:02:14 140 0

Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 10%-dən aşağı düşüb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 1 384,9 milyon manat təşkil edib

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 1 384,9 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 4% azdır.

Xatırladaq ki, problemli kreditlər avqust ayından bəri azalma nümayiş etdirir.

İlin əvvəlinə nisbətən problemli kreditlər 12,6%, son 1 ildə isə 18,4% azalıb.

Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 9,6% olub. Bu nisbət sentyabrın sonuna 10,1%, ötən ilin sonuna 12,2%, ötən il oktyabrın sonuna isə 13,8% təşkil edib.