Ərdoğan Fransa prezidentinə cavab verib


Dünya 29 Noy 2019 17:03:38 120 0

Ərdoğan Fransa prezidentinə cavab verib

“NATO üçün Fransa nəyi ifadə etdiyini bilmirik, ancaq Türkiyə NATO-nun ən əhəmiyyətli ölkəsidir”.

“NATO üçün Fransanın nəyi ifadə etdiyini bilmirik, ancaq Türkiyə NATO-nun ən əhəmiyyətli ölkəsidir”.

“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərmərə Universitetində təməlqoyma tədbirində bildirib.

“Fransa bizdən soruşur ki, sizin Suriyada nə işiniz var? Bizim Suriya ilə bağlı müqavilələrimiz, 911 km uzunluğunda sərhədimiz var. Bəs, Fransanın Suriyada nə işi var? Koalisiya qüvvələrindən bəhs edirsənsə, biz artıq oradayıq. Bunları Fransa prezidenti Emmanuel Makrona dəfələrlə demişəm. İstədiyiniz qədər atılıb-düşün. İstədiyiniz qədər əvələyib-gəvələyin. Əvvəl-axır Türkiyənin suverenlik haqlarına, təhükəsizlik siyasətinə hörmət edəcəksiniz. Bunlar Türkiyə olmazsa dünyanın dörd bir yanından terrorçuların Avropaya yığışacağından xəbərsizdirlərmi?Burada təkrarlamaq istəyirəm. Türkiyə Suriyadan torpaqlarımıza yönələn təhdidlər tamamilə bitənə, son terrorçu məhv edilənə qədər əməliyyatını davam etdirəcək”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.