İsrafil Məmmədov: “İlin axırına Neft Fondunun vəsaiti 42,5 milyard dollar həcmində gözlənilir”


İqtisadiyyat 29 Noy 2019 17:14:53 113 0

İsrafil Məmmədov: “İlin axırına Neft Fondunun vəsaiti 42,5 milyard dollar həcmində gözlənilir”

​İsrafil Məmmədov: “İlin axırına Neft Fondunun vəsaiti 42,5 milyard dollar həcmində gözlənilir”

“Bu il Fondun vəsaiti 10 faiz artıb və ilin axırına 42,5 milyard dollar həcmində gözlənilir. Qeyd etdiyiniz kimi, Fondun tarixində investisiya gəlirləri ilk dəfə olaraq 1,8 milyard dolları keçib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Fondunun yeni icraçı direktoru İsrafil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevə bildirib:

“Bu il Azərbaycan Respublikasının Dövlət Neft Fondu Ulu Öndər tərəfindən yaradılmasının 20 illiyini qeyd edir. Qeyd etdiyiniz kimi, bu 20 il ərzində Dövlət Neft Fondu aktivlərin ildən-ilə artan, beynəlxalq səviyyədə nüfuzlu və şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşməyə qadir olan maliyyə qurumuna çevrilib.

Möhtərəm cənab Prezident, Sizin hər zaman verdiyiniz yüksək qiymət bizim üçün böyük şərəfdir. Biz - Dövlət Neft Fondunun kollektivi də həmişə Fondun Sizin qarşınızda götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində əlindən gələni əsirgəməyib. Təbiidir ki, bu nailiyyətlərin heç biri Sizin dəstəyiniz olmadan mümkün olmazdı. Fondumuzun bütün kollektivi də daim Sizin diqqətinizi hiss edib. Siz bütün işlərimizdə bizə dəstək olmusunuz.

Bir daha Sizi əmin etmək istərdim ki, Fondun investisiya portfelinin daha da şaxələndirilməsi və risklərin azaldılması istiqamətində əlimdən gələni əsirgəməyəcəyəm”.