Azərbaycanda ilk BMTİP Akselerator Laboratoriyası fəaliyyətə başlayıb


İqtisadiyyat 29 Noy 2019 17:18:31 152 0

Azərbaycanda ilk BMTİP Akselerator Laboratoriyası fəaliyyətə başlayıb

Bu gün bir sıra hökumət, vətəndaş cəmiyyəti, özəl sektor və beynəlxalq ictimaiyyət nümayəndələrinin iştirakı ilə BMT-nin İnkişaf Proqramının Azərbaycanda Akselerator Laboratoriyasının açılışı olmuşdur

Bu gün bir sıra hökumət, vətəndaş cəmiyyəti, özəl sektor və beynəlxalq ictimaiyyətnümayəndələrinin iştirakı ilə BMT-nin İnkişaf Proqramının Azərbaycanda Akselerator Laboratoriyasının açılışı keçirilib.

"Report" xəbər verir ki,Akselerator Laboratoriyası iqlim dəyişikliyi, yoxsulluq və artmaqda olan bərabərsizlik halları kimi qlobalproblemlərin yeni həll yollarını sınaqdan keçirmək və dəyərləndirmək üçün dünyanın 78 ölkəsində fəaliyyətgöstərən 60 laboratoriyadan ibarət şəbəkəyə qoşulacaqdır.

BMTİP, Almaniya və Qətər Fondu tərəfindən dəstək olunan bu laboratoriyalar 21-ci əsrdə inkişafın sürətlədəyişən reallıqlarına cavab vermək üçün real vaxtda əldə edilən məlumatların yeni mənbələri və sınaqlarlabirgə yerli ideyaları bir araya gətirəcəkdir.

“Bizim 2030-cu ilədək 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq üçün cəmi 10 il vaxtımız var – buna görə dəburada sürət vacib məqamdır. Məqsədlərə nail olmaq istiqamətində tələb olunan sosial və iqtisadi dəyişiklərəbaşlamaq üçün biz daha dərin, sürətli və daha məqsədyönlü tədbirlər görməliyik. Biz məqsədlərə nail olmaqüçün sürətli yol tapmalıyıq və sürətləndirilmiş həll yollarını müəyyənləşdirməliyik. Akselerator Laboratoriyasıbu təxirəsalınmaz tələbi yerinə yetirmək üçün BMTİP tərəfindən görülən tədbirlərin bir hissəsidir”, – BMTİP-nin Rezident Nümayəndəsi Alessandro Frakassetti açılış nitqində bildirib.

Onun sözlərinə gğrə,Akselerator Laboratoriyası təşəbbüsünün arxasında duran əsas ideya – adından göründüyü kimi – həllyollarının sınaqdan keçirilməsi və tətbiq olunmasıdır: "Həll yolunun uyğun olub-olmamasına əmin olmaq üçünənənəvi monitorinq və qiymətləndirmə metodlarında iki il və ya daha artıq vaxt tələb olunduğu halda,Akselerator Laboratoriyaları bu vaxtı aylara hətta həftələrə qədər qısalda bilər".

“Biz bu qlobal təşəbbüsdə BMTİP ilə tərəfdaşlıq etməkdən qürur duyuruq. Bu şəbəkə əməkdaşlıq üçün yenivə hər bir milliyət və hər bir fərddən iştirak tələb edən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçünxidmət edəcəkdir”, - deyə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri VolfqanqManiq bildirib.

Açılışda bildirilib ki, bu laboratoriyalar, 21-ci əsrdə inkişaf problemlərini həll etmək üçün yeni imkanlarla, iqlim dəyişikliyi, idarəçilikvə yoxsulluğun azaldılması sahəsində BMTİP-in uzunmüddətli təcrübəsindən bəhrələnəcəkdir.

Qlobal səviyyədə, inkişafla bağlı xidmətlərə yenidən nəzər salmaq üçün bu missiyaya kömək etməkməqsədilə 150-dən çox alim, layihəçi və etnoqraf bu Laboratoriyalara qoşulur.

“Laboratoriyalar, yaranmaqda olan ən sürətli inkişaf trendlərini və ideyalarını ortaya çıxararaq və onları dahageniş çərçivədə işləyərək, 2030-çu ilin gündəliyinə daha yüksək templə nail olmağa xidmət edəcək.” - deyəQətərin Azərbaycandakı səfiri Faysal bin Abdulla Al-Hanza deyib.

Azərbaycanda artıq ağıllı şəhərlər, şəhər inkişafı, aqrobiomüxtəliflik, nəqliyyat, informasiya texnologiyaları vəsəhiyyə kimi sahələrdə innovativ həll yollarının xəritələşdirilməsi üçün tədqiqatçılardan, xəritələşdirmə vəsınaqdan keçirmə üzrəmütəxəssislərdən ibarət yerli qrup təsis olunub.

Qrup, ölkədə iş yerlərinin yaradılmasına, yeni vərdişlərin inkişaf etdirilməsinə və əlilliyi olan insanlarınyaşayışının yaxşılaşdırılmasına kömək edə bilən həll yollarının müəyyənləşdirilməsi və önə çəkilməsi üçünyerli əhali və innovatorlarla birgə fəaliyyət göstərəcək və hökumət, beynəlxalq tərəfdaşlar və özəl sektorlaəməkdaşlıq edəcəkdir.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək