"Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsinin kastingi keçiriləcək


Digərləri 29 Noy 2019 16:17:00 202 0

"Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsinin kastingi keçiriləcək

Bu yaxınlarda Rich Hotel Baku - da "Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsinin bu il üçün ilk kastingi baş tutdu. Münsiflər heyətinə daxil idilər:

Mister Azerbaijan 2019 - Nicat Ələkbərli, Miss Azerbaijan 2019 - Səmra Hüseynova, və ötən illərin keçmiş qalibləri, eləcə də müsabiqənin təsisçisi və baş təşkilatçısı Anelya Orduxanova, İcraçı direktor Amil Abbasov, müsabiqənin baş koordinator və xoreoqrafi Ayla Mais, koordinator və xoreoqraf Hidayət Xəlilov, müsabiqənin PR meneceri Saxi Qabiloğlu.

Müsabiqədə özünə inamlı, yaxşı xarici görünüşə sahib  16 - 28 yaşlarında olan  kişi və xanımlar iştirak edə bilərlər.

Miss & Mister Azerbaijan - 2020 təşkilatçıları artıq növbəti kastinqdə iştirakı açıq elan etdilər. İştirak etmədən öncə qeydiyyatdan keçmək lazımdır. Kasting şənbə günü, 30 noyabr tarixində "The Lobby" - klubda baş tutacaq. Daha ətraflı məlumatı müsabiqənin rəsmi instaqram ünvanından almaq mümkündür.