Bakıda narkotik satan şəxslərin məhkəməsi başlayır


Sosial 29 Noy 2019 16:02:28 120 0

Bakıda narkotik satan şəxslərin məhkəməsi başlayır

Bakıda narkotik vasitələrin satışında təqsirləndirilən Vahid Həsənov və Sakit Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Bakıda narkotik vasitələrin satışında təqsirləndirilən Vahid Həsənov və Sakit Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mahmud Ağalarovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər bu ilin fevral ayında polis əməkdaşlarının Binəqədi rayonunda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Əməliyyat zamanı paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyevin üzərinə baxış zamanı 11 büküm narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı həmin şəxsə narkotik maddəni satmaqda şübhəli bilinən qohumu, əvvəllər məhkum olunmuş paytaxt sakini Vahid Həsənov da tutularaq istintaqa təqdim edilib.

Həmin şəxsin də üzərindən narkotik maddə olan heroin aşkar edilərək maddi sübut kimi götürülüb.

Ekspertiza ilə məlum olub ki, S.Mirzəyevdən aşkar edilən narkotik vasitənin miqdarı 50 qram, V.Həsənovdan aşkar edilən narkotik vasitənin çəkisi isə 1 kiloqram 50 qramdır.

V.Həsənovdan həmçinin bir ədəd elektron tərəzi də aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham verilib.