Azərbaycanda dövlət qurumlarına dəftərxana və təsərrüfat malları satan holdinq təşkilati-hüquqi formasını dəyişir


İqtisadiyyat 29 Noy 2019 16:03:44 194 0

Azərbaycanda dövlət qurumlarına dəftərxana və təsərrüfat malları satan holdinq təşkilati-hüquqi formasını dəyişir

“İnci Group of Companies” MMC təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrildiyini elan edib

“İnci Group of Companies” MMC təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrildiyini elan edib.

“Report” bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, “İnci Group of Companies” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12 min manatdır. Holdinq Azərbaycanın dövlət qurumlarının dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı elan etdiyi əksər tenderlərdə qalib olub.