Gürcüstana gələn avropalı turistlər Azərbaycanı da ziyarət edə bilər


Digərləri 29 Noy 2019 16:09:26 90 0

Gürcüstana gələn avropalı turistlər Azərbaycanı da ziyarət edə bilər

Dövlət Turizm Agentliyi Gürcüstana gələn avropalı turistlərin Azərbaycanı da ziyarət etməsi üçün iş aparır

Dövlət Turizm Agentliyi Gürcüstana gələn avropalı turistlərin Azərbaycanı da ziyarət etməsi üçün iş aparır.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində qurumun aparat rəhbəri Kənan Qasımov məlumat verib.

“Həmin xarici turistlərin azı Balakən və Şəkiyə səfərinin təşkil edilməsi istiqamətində danışıqlar aparılır”, - deyə o, qeyd edib.

Xatırladaq ki, oktyabrın 4-dən Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir. Nümayəndəlik şəhərin Rustaveli prospekti, 16 ünvanında “Azerbaijan. Travel showroom” adı ilə, hər gün saat 10:00-dan 22:00-a qədər ziyarətçiləri qəbul edir.