İstifadə müddəti saxtalaşdırılmış məhsullar dövriyyədən çıxarılıb (FOTO)


Digərləri 29 Noy 2019 15:49:00 141 0

İstifadə müddəti saxtalaşdırılmış məhsullar dövriyyədən çıxarılıb (FOTO)

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Bakı. Samir Əli - Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. AQTA-dan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fəaliyyət göstərən “Xəzər” marketdə monitorinq keçirilib. Monitorinq zamanı marketdə “Amal” firmasına məxsus saxlama müddəti ötmüş “Amal” əmtəə nişanlı dovğanın istehsal və istifadə müddətinin xüsusi ağardıcı vasitələrdən istifadə edilərək dəyişdirilməsi və saxtalaşdırılaraq satışının həyata keçirildiyi aşkarlanıb. İstehsalçıya həmin məhsulların ticarət şəbəkələrindən dərhal geri çağırılması ilə bağlı göstəriş verilib. “Xəzər” marketdən, eləcə də digər ticarət şəbəkələrindən geri çağırılan məhsullar Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib. İstehsalçı firmaya qarşı qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.