Hacıqabulda mikroavtobusda oğurluq edən keçmiş məhkum saxlanılıb


Sosial 29 Noy 2019 15:34:58 129 0

Hacıqabulda mikroavtobusda oğurluq edən keçmiş məhkum saxlanılıb

Haciqabulda&mikroavtobusda&oqurluq edən keçmiş məhkum saxlanılıb.

Hacıqabuldamikroavtobusdaoğurluq edən keçmiş məhkum saxlanılıb.

Bu barədə “Report”un Aran bürosunaDaxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan bildirilib.

Belə ki, noyabrın 16-da Ağdaş rayonu Ləki qəsəbə sakini Gülnar Mollayeva DİN-in “102 Zəng Mərkəzi” Xidməti ilə əlaqə saxlayaraq yaşadığı rayondan Bakı şəhərinə gedərkən Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində mikroavtobusun yük hissəsində olan ona məxsus çantadan ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Həsrət Bəkirov saxlanılıb. Dindirilmə zamanı H.Bəkirov törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.