Kənd evlərinin turistlər üçün istifadə imkanları müzakirə olunur


Digərləri 29 Noy 2019 15:34:00 142 0

Kənd evlərinin turistlər üçün istifadə imkanları müzakirə olunur

"Dövlət Turizm Agentliyi ilə birlikdə münasib mülkiyyət tipli ev təsərrüfatlarının şəbəkəyə qoşulması, xarici və yerli turistlərə bu platformadan istifadə imkanlarının yaradılması müzakirə olunur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib.

Onun sözlərinə görə, kənd turizminin inkişafı üçün kənd evlərinin imkanlarının artırılması nəzərdə tutulur: "Kənd turizminin inkişafı üçün bir necə istiqamət nəzərdə tutulur. Bunlar münasib kənd evlərinin siyahıya alınması, eyni zamanda onların icma şəklində formalaşdırılmasıdır. Daha sonra əsas istiqamətlərdən biri müəyyən islahatlar tətbiq edilməklə kənd evlərinin sahiblərini fəaliyyətə cəlb etməkdir".

F.Zenqstşmit əlavə edib ki, əsas məqsədlərdən biri daha münasib olan büdcə hotellərinin ölkə vətəndaşlarına əlçatanlığını təmin etməkdir.