Qusarda da bir ailənin 3 üzvü dəm qazından zəhərləndi


Digərləri 29 Noy 2019 15:39:00 117 0

Qusarda da bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Qusarda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, şəhərin Ləzgi Nemət küçəsi, 135 ünvanında yaşayan Əhmədovlar ailəsində 3 nəfər dəm qazından zəhərlənərək Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 42 yaşlı Elnarə Əhmədova və 2 oğlu - 10 yaşlı Rəfael və 5 yaşlı Eduard Əhmədovlara müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Bakıda da 1 ailənin 4 üzvü zəhərlənib.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsi, 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində baş verib.