Turizmdə yeni subsidiya mexanizmlərinin tətbiqi gözlənilir


Digərləri 29 Noy 2019 15:09:00 124 0

Turizmdə yeni subsidiya mexanizmlərinin tətbiqi gözlənilir

"Azərbaycanda sənaye subyektləri üçün yeni subsidiya mexanizmlərinin tətbiqi ilə bağlı müvafiq dövlət qurumları ilə yaxından iş aparılır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azərbaycan Turizm Sammitində çıxış zamanı deyib.

Onun sözlərinə görə, gələn ilin ilk yarısında yeni subsidiya mexanizmlərinin tətbiqi ilə bağlı işlər görüləcək: "Fərqli sahələr üzrə - hava nəqliyyatı, turizmin dəstəklənməsi və digər müxtəlif istiqamətlərdə subsidiya mexanizmlərinin tətbiqini planlaşdırırıq. Bununla turizm sənayesini stimullaşdırmağa çalışırıq".