Ağcabədidə avtomobildə yanan şəxslərin kimliyi məlum olub - FOTO


Sosial 29 Noy 2019 14:36:00 123 0

Ağcabədidə avtomobildə yanan şəxslərin kimliyi məlum olub - FOTO

Ağcabədi rayonunun Avşar kəndində “ВАЗ” markalı iki minik avtomobili toqquşub.&

Ağcabədi rayonunda baş verən yol qəzasında yanaraq ölən və xəsarət alan şəxslərin şəxsiyyəti müəyyənləşdirilib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayonunun Avşar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı "VAZ-21099" markalı avtomobildə yanaraq ölən şəxslər - rayon sakinləri 1952-ci il təvəllüdlü Dədəkişiyev Hüseyn Məhəmməd oğlu və 1948-ci il təvəllüdlü Dədəkişiyeva Güllü Telman qızıdir.

Hadisə zamanı digər "VAZ-2107" markalı avtomobilin sürücüsü - 1992-ci il təvəllüdlü Məmmədov Orxan İlham oğlu ağır xəsarət alaraq Agcəbədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olan O.Məmmədov Bakı şəhərində yerləşən xəstəxanalarının birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

*** 10:32

Ağcabədi rayonunun Avşar kəndində “ВАЗ” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb.

Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək