Azərbaycanda turizm sektoruna bu il 9 milyon manat güzəştli kredit verilib


Digərləri 29 Noy 2019 14:37:56 87 0

Azərbaycanda turizm sektoruna bu il 9 milyon manat güzəştli kredit verilib

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu turizm sektoruna 9 milyon manat güzəştli kredit verib

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu turizm sektoruna 9 milyon manat güzəştli kredit verib.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə Fond indiyə qədər sektora 53 milyon manat borc verib, bu isə 4 800-dən çox yeni iş yerinin yaradılması deməkdir.