Bakı Ali Neft Məktəbinin 8 yaşı tamam olur


Digərləri 29 Noy 2019 14:29:00 113 0

Bakı Ali Neft Məktəbinin 8 yaşı tamam olur

Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) yaranmasının səkkiz ili tamam olur. Yarandığı gündən Azərbaycan universitetlərinin reytinq cədvəlində öz liderliyini saxlayan Ali Məktəb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli 539 nömrəli Fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb.

2017-ci il may ayının 1-də Qafqaz regionunun ən böyük kampusu olan BANM-in yeni kampusu da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılaraq istifadəyə verilib.

Cari ildə BANM-in dövlət sifarişli ixtisaslarına qəbul olmaq üçün ümumi orta bal - 678 bal olub.

2019/2020-ci tədris ilində BANM-in 23 tələbəsi Prezident təqaüdünə layiq görülüb ki bu göstərici üzrə də BANM ölkə üzrə ali məktəblər arasında ön sıralarda yer alıb.